Yazını böyüt
Yazını kiçilt
"Sumqayıt"ın yay hazırlıq planı məlum olub.
Hafta.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Belə ki, komanda bu gündən etibarən 2026/27 mövsümünün hazırlıqlarına start verib. İyulun 24-dək məşqlərini “SOCAR Polymer Arena”da keçirəcək "Sumqayıt" ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.
Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub.
"Sumqayıt" iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli”, 7-də isə Qətərin “Əl-Xaraitiyat” kollektivləri ilə qarşılaşacaq.